ZİVƏR QASIMZADƏ

Prezident

  • Bakı şəhərində anadan olub.

  • Ailəlidir, iki oğlu, bir qızı var.

  • Orta məktəbi BƏƏ də bitirib Azərbaycan Dİllər Universitetinin bakalavr və maqistr pillələrini,həmçinin Azərbaycan Dövlət İqtisad Universitetini bitirib İngiltərə, ABŞ kimi ölkələrdə peşəkar treninqlər keçərək beynəlxalq sertifikarlara malikdir.

  • Bir müddət BƏƏ və Azərbaycanda təhsil sahəsində peşəkar fəaliyyət göstərib. Azərbaycanda bir neçə nüfuzlu xarıcı və yerli şirkətlərdə işlədikdən sonra, 10 ildən artıq İnsan Resursları sahəsində rəhbər vəzifələrdə çalışıb, ölkəmiqyaslı layihələrdə iştirak edib, bir neçə layihə müəllifidir.

  • Öncə Şimali Karolina, 3 ildən artıq isə Mayamidə yaşayır.

  • ABŞ da həyat yoldaşı ilə birlikdə «GASS» şirkətlər qrupunu təsis edərək bizneslə məşğul olur. Azərbaycan uğrunda könüllü tədbirlər keçirməyi Şimalı Karolinada başlayıb, bir neçə dövlət layihələrində iştirak edib, Şuşanın azad olunması ilə əlaqədar keçirilən tədbirin təşkilatçısı olub Hal hazırda könüllü olaraq icmamız üçün tədbirlərin təşkilində bilavasitə istirak edir, kursların təşkilində əməyi keçən fəallardandır.