Haqqımızda

“United Society of Azerbaijanis (USA)” Florida ştatında fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

“United Society of Azerbaijanis” heç bir dovlət, və ya dövlət qurumları tərəfindən maliyyələşdirilmir.

Mission

Məqsədimiz (Mission) müxtəlif mədəni-maarif tədbirləri həyata keçirməkdir.

Vision

Gələcəyə baxışımız (Vision) ətraf ərazilərdə yaşayan azərbaycanlılar arasında ünsiyyət yaratmaq və gücləndirmək, birgə dəmir yumruq olmaqdır. ABŞ cəmiyyətinə inteqrasiya olan cavan və kiçik nəsillərimizi dilimiz, tariximiz və mədəniyyətimiz sahəsində biliklərə yiyələndirmək, onlara Azərbaycan sözçüsü olmaqda dəstək olmaqdır.

Value

Dəyərlərimiz (Values) icmamızda milli ruhumuzu qüvvətləndirmək, adət-ənənələrimizi yaşatmaq, azərbaycanlı olduğumuzdan qürur duymaqdır.

06 mart 2024-cü il tarixində rəsmi formalaşmasına baxmayaraq, təşkilatımız 2023 Zəfər, 2024 Yeni İl, 2024 Novruz bayramlarını Mayami icmamız üçün təskil etmiş və ümumilikdə bu tədbirlərdə 300 nəfərdən artıq qonaq qəbul etmişdir